Araqonesin başı dərddə...
01.10.2008 - 01:55
Bakı - APA-Sport. “Təbii ki, nəticədən razı qalmadım. Qələbə qazanmağa layiq idik, amma bir xalla kifayətləndik”. “APA-Sport”un məlumatına görə, bu sözləri Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda Kiyev “Dinamo”su ilə oyundan (0:0) sonra keçirilən mətbuat konfransında “Fənərbaxça”nın baş məşqçisi Luis Araqones deyib.
Son vaxtlar Türkiyədə kəskin təzyiqlərə məruz qalan ispaniyalı çalışdırıcı belə çətin vəziyyətlə dəfərlərlə üzləşdiyini bildirib: “Mən bu halı çoxillik fəaliyyətim zamanı bir neçə dəfə yaşamışam. Mövcud durumdan qurtula biləcəyimə, vəziyyəti yaxşılaşdıracağıma, bütün çətinlikləri adlayacağıma inanıram”.
Araqones rəqib komandanın oyun üslubundan gileylənməyi də unutmayıb. 70 yaşlı məşqçi “Dinamo”nun qorxaq futbol nümayiş etdirdiyini vurğulayıb: “Hətta ikinci hissədə rəqibə heç bir şans vermədik. Xeyli əlverişli imkana yiyələnsək də, şanslarımızdan yararlana bilmədik”.

- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
0
0