Qurbanova 5 qızıl medalla qayıdır
02.10.2008 - 12:01
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycan gimnastı Anna Qurbanova Sloveniyanın paytaxtı Lyublyanada keçirilən beynəlxalq turnirdə uğurlu çıxış edib. “APA-Sport”un Gimnastika Federasiyasının mətbuat katibliyinə istinadən verdiyi məlumata görə, təmsilçimiz yarışı 5 qızıl medalla başa vurub. Qurbanova lent, ip, halqa, gürz və çoxnövçülükdə birinci olub.
Gimnastımızın qatılacağı növbəti yarış isə oktyabrın 11-də Almaniyanın paytaxtı Berlində start götürəcək. Anna iki gün ərzində Qran-Pri turnirinin finalı öncəsi təşkil olunacaq seçmə mərhələdə mübarizə aparacaq.
Oktyabrın 4-də isə milli komandamızın lideri Aliyə Qarayeva İspaniyanın Benidorm şəhərində başlayacaq dünya kubokunun mərhələ yarışında çıxış edəcək. Bu nüfuzlu yarışın mükafatları uğrunda cəmi 8 idmançı yarışacaq.

- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
0
0