BOK idmançılarımızın qanında CERA axtarır
08.10.2008 - 16:16
Bakı. Mehman Süleymanov - APA-Sport. Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının iştirakçılarından götürülən dopinq-testin nəticələrinin təkrar yoxlanılması barədə qərar qəbul edib. “APA-Sport”un məlumatına görə, mütəxəssislər analizlər arasında istifadəsi qadağan olunan eritropoetin maddəsinin daha müasir forması olan CERA preparatını tapmağa çalışırlar.
BOK bu il keçirilən “Tur de Frans” yürüşündə iştirak edən alman Ştefan Şumaxerlə italyan Leonardo Pyepoli dopinqdə ilişəndən sonra olimpiyaçılarla bağlı da analoji addım atmağı qərara alıb. Belə ki, həmin iki velosipedçinin qanında istifadəsi qadağan olunmuş preparat məhz təkrar yoxlanışdan sonra aşkara çıxıb. Təkrar yoxlanış zamanı CERA-nı aşkara çıxartmaq məqsədilə hazırlanan xüsusi texnologiyadan istifadə olunacaq.
Qeyd edək ki, Pekin Olimpiadası zamanı iştirakçılardan 5000-dən çox dopinq test götürülüb.

- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
0
0