Rəcəbov da uddu, Məmmədyarov da
22.10.2008 - 11:15
Bakı. Kənan Həsənov - APA-Sport. Yunanıstanın Kallitea şəhərində təşkil olunan şahmat üzrə klublararası Avropa kubokunda V tura yekun vurulub. “APA-Sport”un məlumatına görə, hesabat turu xarici klubların uğuru üçün mübarizə aparan təmsilçilərimiz düşərli olub.
Teymur Rəcəbovun çıxış etdiyi “Ural” Xorvatiya “Zaqreb”ini çətinlik çəkmədən məğlub edib - 4,5:1,5. Qara fiqurlarla oynayan həmyerlimiz isə rəqibin lideri Krişnan Şaşikiranı (Hindistan) üstələyib. Şəhriyar Məmmədyarovlu “Alkaloid” də hesabat turunu inamlı qələbə ilə başa vurub. Makedoniya klubu İslandiya “Bolunqarvik”ini məyus edib - 5:1. Şəhriyar rəqibi Viktor Qunnarssondan güclü olub.
Vüqar Həşimovun şərəfini qoruduğu “Aşdod” (İsrail) Rusiyanın iddialı “Ekonomist” klubu ilə xal bölgüsünə razılaşıb - 3:3. Qrossmeysterimiz də rəqibin çinli lideri Van Yue ilə “sülh” bağlayıb.
Beş turdan sonra maksimum nəticəyə yalnız “Baden-Baden” (Almaniya) imza atıb. “Ural” ilə “Aşdod” hərəyə 8 xal toplayıblar və bu gün VI tur çərçivəsində qarşılaşacaqlar. Hesabında 7 xal olan “Alkaloid” isə İsrailin “Veer Şaba” klubu ilə oynayacaq.
33 ölkədən 64 kollektivin yarışdığı Avropa kuboku oktyabrın 23-də yekunlaşacaq.

- Badmintonçularımız beynəlxalq turnirdə 11 medal qazanıblar
- Azərbaycan və Albaniya arasında idman əlaqələrinin genişləndirilməsi müzakirə olunub
- Bilyard üzrə Azərbaycan çempionatı keçiriləcək
- Beynəlxalq triatlon yarışında ilk azərbaycanlı hakim - FOTO
- Gədəbəydə velosipedçilərlə görüş keçirilib - FOTO
0
0