Olimpiya çempionumuz evləndi
28.10.2008 - 18:15
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycan sərbəst güləş yığmasının üzvü, olimpiya çempionu Namiq Abdullayev ailə həyatı qurur. “APA-Sport”un məlumatına görə, 36 yaşlı pəhləvan bu gün özünə toy edir. Subaylığın daşını atan Abdullayevin gələcək karyerası hələlik sual altındadır. Onun idmana güləşçi, yoxsa məşqçi kimi qayıdacağı bilinmir.
Qeyd edək ki, 1996-cı il Atlanta Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Namiq bundan 4 il sonra Sidneydə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bundan başqa, o, dəfələrə Avropa çempionatının qızıl medalına layiq görülüb.
Onun dünya çempionu olmaq arzusu isə indiyədək gerçəkləşməyib. Hazırda idmançı karyerasının qürub çağını yaşayan Namiq Pekin Olimpiadasına lisenziya qazana bilmədiyindən bu mötəbər yarışda mübarizə aparmamışdı.

- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0