Olimpiya çempionu həbs edildi
04.11.2008 - 15:50
Bakı. Kənan Həsənov - APA-Sport. Barselona olimpiadasının qalibi, yunan-Roma güləşçisi Peter Farkaş azadlıqdan məhrum edilib. “APA-Sport”un məlumatına görə, 40 yaşlı macar idmançı narkotik maddələrin istehsalında və satışında təqsirli bilinib.
Məhkəmənin qərarına əsasən, 1992-ci ildə 82 kq çəki dərəcəsində olimpiya çempionu olan Farkaş ömrünün növbəti beş ilini dəmir barmaqlılar arxasında keçirəcək.
Qeyd edək ki, Farkaş ilk dəfə polis orqanları tərəfindən 2004-cü ildə saxlanılıb. Araşdırmalar nəticəsində onun böyük miqdarda narkotik maddələr saxladığı və yaydığı təsdiqlənib.

- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
0
0