Dünya çempionatına on samboçumuz gedir
06.11.2008 - 19:20
Bakı – APA-Sport. Azərbaycan samboçuları dünya çempionatına hazırlaşırlar. “APA-Sport”un məlumatına görə, noyabrın 13-də Rusiyanın Sankt-Peterburq şəhərində start götürəcək bu nüfuzlu yarışda milli komandamız 10 idmançı ilə təmsil olunacaq. Baş məşqçi Mübariz İbrahimovun rəhbərliyi altında medallar uğrunda İslam Qasımov (52 kq), Elçin Mayılov (57 kq), Vüqar Bayramov (62 kq), Araz Muxtarov (74 kq), Zaur Paşayev (82 kq), Elçin Həsənov (90 kq) və Ruslan Rüstəmov (100 kq) mübarizə aparacaqlar. Səid Mehdiyev (52 kq), Rəşid Fərziyev (57 kq) və Sadıq Kərimov isə döyüş sambosu uğrunda qüvvələrini sınayacaqlar. Yarışda hakim kimi ölkəmizi Yaqub Abdullayevlə Cabir İsmayılov təmsil edəcəklər.
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0