Rövşən Bayramov FİLA və FSBR arasında qalmaqal yaratdı
07.11.2008 - 14:16
Bakı. Kənan Həsənov - APA-Sport. Beynəlxalq Güləş Federasiyaları Assosiasiyası (FİLA) ilə Rusiyanın İdman Güləşi Federasiyası (FSBR) arasında qalmaqal yaranıb. “APA-Sport”un məlumatına görə, buna FİLA-nın sərbəst, yunan-Roma və qadın güləşi üzrə 2008-ci ilin ən yaxşı idmançılarının adlarının açıqlaması səbəb olub.
Beynəlxalq qurum yaydığı faksda yunan-Roma güləşində Azərbaycan yığmasının üzvü Rövşən Bayramovu, sərbəst güləşdə Vasili Fedorişini (Ukrayna), qadın güləşində isə Stanka Zlatevanı (Bolqarıstan) planetin ən güclü pəhləvanları seçib. FSBR isə öz növbəsində rusiyalılar, Aslanbek Xuştovu (yunan-Roma güləşi), Buvaysar Saytiyevi (sərbəst güləş) və yaponiyalı Saori Yoşidanı (qadın güləşi) fərqləndirib. Adıçəkilən pəhləvanlar bu gün Moskvada təşkil olunacaq mərasimdə mükafatlandırılacaqlar.
Qeyd edək ki, dünyanın ən yaxşı güləşçilərini il ərzində qazanılan xallar əsasında müəyyənləşdirən FİLA onları 2009-ci il aprelin 1-də Litvanın paytaxtı Vilnüsdə mükafatlandıracaq. FSBR isə seçimində əsas meyar kimi yalnız Pekin Yay Olimpiya Oyunlarında qeydə alınan nəticələri götürüb.

- Gəncədə üzgüçülük üzrə “ASF Ganja Cup 2025” turniri keçiriləcək
- Badmintonçularımız beynəlxalq turnirdə 11 medal qazanıblar
- Azərbaycan və Albaniya arasında idman əlaqələrinin genişləndirilməsi müzakirə olunub
- Bilyard üzrə Azərbaycan çempionatı keçiriləcək
- Beynəlxalq triatlon yarışında ilk azərbaycanlı hakim - FOTO
0
0