Əli İsmayılovun növbəti rəqibi müəyyənləşdi
10.11.2008 - 15:54
Bakı. Kənan Həsənov - APA-Sport. Noyabrın 27-də Rusiyanın Sankt-Peterburq şəhərində peşəkar boks gecəsi təşkil olunacaq. “APA-Sport”un məlumatına görə, gecəyə azərbaycanlı boksçu Əli İsmayılov da qatılacaq.
WBO Latino versiyası üzrə “Qızıl kəmər”in sahibi olan həmyerlimiz titulunu qorumaq üçün rinqə çıxacaq. İsmayılovun bu dəfə rəqibi Ekvadorlu Ayman Ramadan olacaq. Misirdə anadan olan boksçu indiyədək peşəkar rinqdə keçirdiyi 12 döyüşün (10 nokaut) hamısında qələbə qazanıb.
Qeyd edək ki, İsmayılov oktyabrda amerikalı Maks Aleksanderlə görüşdə çempionluq titulunu üçüncü dəfə qoruyub. Bu, həmyerlimizin peşəkar rinqdə 14-cü qələbəsi olub. Əli, həmçinin bir dəfə uduzub, bir görüşü isə heç-heçə başa vurub.

- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
0
0