Gəncəyə 5 ölkənin güləşçiləri toplaşırlar
12.11.2008 - 16:00
Bakı. Aqşin Əliyev - APA-Sport. Gəncə Olimpiya Kompleksində əməkdar məşqçi İsax Cəfərovun xatirəsinə həsr olunan sərbəst güləş üzrə böyüklər arasında açıq turnir keçiriləcək. Azərbaycan Güləş Federasiyasının rəsmisi Mətləb Abdullayevin “APA-Sport”a verdiyi məlumata görə, yarışa 6 ölkənin idmançılarının qatılacağı dəqiqdir.
Turnirdə bizim pəhləvanlarla yanaşı, Türkiyə, İran, Rusiya, Özbəkistan və Gürcüstan təmsilçiləri də qüvvələrini sınayacaqlar. Azərbaycan 2, Rusiya isə 3 komanda ilə çıxış edəcək. Noyabrın 25-də baş tutacaq yarışa daha bir neçə ölkənin güləşçilərinin gələcəyi istisna deyil.
Abdullayev bildirib ki, Gəncəyə xarici dövlətlərdən idmançıların dəvət edilməsində xüsusi məqsəd var. Məsələ burasındadır ki, federasiya rəsmiləri turnirə beynəlxalq status verilməsinə çalışırlar. Bundan ötrü yarışda ən azı 5 ölkənin pəhləvanları güləşməlidirlər.

- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0