“Azərbaycan olimpiadanın qızıl medallarına real namizəddir”
12.11.2008 - 17:08
Bakı - APA-Sport. “Çox güman ki, şahmat olimpiadasında yüksək yerlər uğrunda ən gərgin mübarizə Rusiya, Ukrayna, Çin və Azərbaycan yığmaları arasında gedəcək”. “APA-Sport”un məlumatına görə, bu sözlər Rusiyanın nüfuzlu “Sport-Ekspress” qəzetində dərc olunub. Bu gün Almaniyanın Drezden şəhərində start götürən sayca 38-ci şahmat olimpiadasına geniş yer ayıran rusiyalı həmkarlarımız Azərbaycanın kişi şahmatçılarını tərifləyiblər.
“Sport-Ekspress” yığmamızı çox təhlükəli rəqib kimi qiymətləndirib: “Çünki bu komandanın heyətində superqrossmeysterlər - Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov var. Bundan başqa, son zamanlar oyun səviyyəsinə görə, onlara yaxınlaşan Vüqar Həşimov da yığmadadır. Cənubluların komandası gənclərdən, eyni zamanda təcrübəli və güclü şahmatçılardan formalaşıb. Düzdür, azərbaycanlılar iki il öncə keçirilmiş olimpiadada 24-cü yerlə kifayətləniblər. Amma bu dəfə onlar qızıl medallara real namizəddirlər”.
Qeyd edək ki, olimpiadada ölkəmizin şərəfini kişilərin yarışında Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Vüqar Həşimov, Qədir Hüseynov və Rauf Məmmədovdan, qadınların turnirində isə Zeynəb və Türkan Məmmədyarova bacıları, Nərgiz Umudova, Xəyalə İsgəndərova və Nərmin Kazımovadan ibarət yığma qoruyacaq.

- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0