Rəcəbovun dördüncü cəhdi...
14.11.2008 - 15:59
Bakı. Kənan Həsənov - APA-Sport. 2009-cu il yanvarın 16-da Hollandiyanın Veyk-an-Zee şəhərində təşkil olunacaq XIX kateqoriyalı superturnirə qatılacaq şahmatçıların yekun siyahısı müəyyənləşib. “APA-Sport”un məlumatına görə, bu nüfuzlu yarışın mükafatları uğrunda Azərbaycan yığmasının lideri Teymur Rəcəbov da mübarizə aparacaq.
21 yaşlı həmyerlimiz reytinqinə görə, dairəvi sistemlə keçiriləcək turnirin 5-ci şahmatçısıdır. Fevralın 1-də yekunlaşacaq yarışda, həmçinin Aleksandr Morozeviç (Rusiya), Vasili İvançuk (Ukrayna), Maqnus Karlsen (Norveç), Van Yue (Çin), Maykl Adams (İngiltərə), Sergey Movsesyan (Slovakiya), Sergey Karyakin (Ukrayna), Qata Kamski (ABŞ), Leyner Dominges (Kuba), Lyuk van Veli, Daniel Stellvagen və Yan Smits (hamısı Hollandiya) kimi tanınmış şahmatçıların iştirakı təsdiqlənib.
Qeyd edək ki, bu, Rəcəbovun Veyk-an-Zeeyə 4-cü səfəri olacaq. Həmyerlimiz yarışı 2003-cü ildə 9-cu, 2007-ci ildə 1-ci, cari mövsümdə 3-cü sırada başa vurub. İki il əvvəl analoji turnirə qatılan yığmamızın digər üzvü Şəhriyar Məmmədyarov isə 14 iştirakçı arasında 12-ci olub.

- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0