Azad Rəhimov Daşkəsəndə Olimpiya İdman Kompleksinin təməlqoyma mərasimində iştirak edib
18.11.2008 - 10:46
Daşkəsən. Nəzakət Məşədiəliqızı –APA-Sport. Gənclər və idman naziri Azad Rəhimov Daşkəsən rayonunun Xoşbulaq kəndində idman kompleksinin təməlqoyma mərasimində iştirak edib. Nazir “APA-Sport”a bildirib ki, dəniz səviyyəsindən 1700 metr yüksəklikdə ilk dəfədir ki, idman kompleksi inşa olunur. Kompleksin sahəsi 5 hektardan artıqdır. Burada 700 nəfərlik idman zalı, üzgüçülük hovuzu, futbol meydançası, üstü örtülü oyun zalı və tennis kortunun tikintisi nəzərdə tutulub. A. Rəhimov onu da bildirib ki, Mingəçevirdə avarçəkmə üzrə ən böyük baza təhvil veriləcək. Onun sözlərinə görə, bu işlərin görülməsi üçün dövlət büdcəsindən 2008-ci ildə 104 milyon manat vəsait ayrılıb. Gələn il isə təxminən 100 milyon manat vəsait ayrılması nəzərdə tutulub.
A. Rəhimov qeyd edib ki, gələn il ərzində ölkə üzrə 7 olimpiya idman kompleksi təhvil veriləcək. Bundan başqa, Şirvan şəhərində Olimpiya İdman Kompleksinin, Göygöl və Yardımlı rayonlarında isə idman zallarının inşası nəzərdə tutulub.
A. Rəhimov qeyd edib ki, gələn il ərzində ölkə üzrə 7 olimpiya idman kompleksi təhvil veriləcək. Bundan başqa, Şirvan şəhərində Olimpiya İdman Kompleksinin, Göygöl və Yardımlı rayonlarında isə idman zallarının inşası nəzərdə tutulub.
- Gəncədə üzgüçülük üzrə “ASF Ganja Cup 2025” turniri keçiriləcək
- Badmintonçularımız beynəlxalq turnirdə 11 medal qazanıblar
- Azərbaycan və Albaniya arasında idman əlaqələrinin genişləndirilməsi müzakirə olunub
- Bilyard üzrə Azərbaycan çempionatı keçiriləcək
- Beynəlxalq triatlon yarışında ilk azərbaycanlı hakim - FOTO
0
0