Rusiya mətbuatı: “Azərbaycanla Ermənistan arasında qırğın olacaq”
18.11.2008 - 11:28
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanın kişilərdən ibarət milli komandası Almaniyanın Drezden şəhərində keçirilən XXXVIII Şahmat Olimpiadasında liderlər qrupunda qərarlaşıb. “APA-Sport”un məlumatına görə, Fikrət Sideifzadənin başçılıq etdiyi yığmamız sabah VI turda Ermənistanla qarşılaşacaq.
Rusiyanın “Sport-Ekspress” qəzetində bu prinsipial oyunla bağlı bəzi qeydlər yer alıb.
Həmkarlarımızın fikrincə, VI turun əsas hadisəsi məhz Azərbaycan - Ermənistan dueli olacaq: “Bu kollektivlər Rusiya ilə Almaniyanın öz aralarında heç-heçə etməsindən yaralandılar. Artıq liderlər qrupuna eyni xala malik altı komanda daxildir. Amma şübhəsiz, VI turun “əsas yeməyi” Azərbaycan və Ermənistan yığmalarının oyunu olacaq. Bax bu, qırğın olacaq”.
Məqalədə hər iki yığmanın bu görüşə yüksək əhval-ruhiyyədə çıxacağı vurğulanıb: “Ermənilər Hollandiyanı, Azərbaycan isə Norveçi üstələyib. Azərbaycanlılar hətta bu görüşdə komandanın lideri Teymur Rəcəbova istirahət verməkdən belə çəkinməyiblər. Həmkarını Maqnus Karlsenə qarşı görüşdə əvəzləyən digər parlaq qrossmeyster Şəhriyar Məmmədyarov isə qorxunc norveçlinin həmlələrini inamla dəf etdi. Bununla belə, Azərbaycan yığması səviyyə fərqinin hesabına inamlı qələbə qazanmaqda çətinlik çəkmədi”.

- Gəncədə üzgüçülük üzrə “ASF Ganja Cup 2025” turniri keçiriləcək
- Badmintonçularımız beynəlxalq turnirdə 11 medal qazanıblar
- Azərbaycan və Albaniya arasında idman əlaqələrinin genişləndirilməsi müzakirə olunub
- Bilyard üzrə Azərbaycan çempionatı keçiriləcək
- Beynəlxalq triatlon yarışında ilk azərbaycanlı hakim - FOTO
0
0