Güləş Federasiyanının yeni vitse-prezidentləri
18.11.2008 - 13:42
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan Güləş Federasiyasının (AGF) rəhbərliyinin yeni tərkibi müəyyənləşib. “APA-Sport”un məlumatına görə, federasiyanın V konfransında rəhbər vəzifələrə seçkilər keçirilib.
AGF-ın I vitse-prezidenti Namiq Əliyev öz vəzifəsində qalıb. Qurumun digər vitse-prezidenti Cavanşir Qurbanov regionlarla iş üzrə vitse-prezident seçilib. Yunan-Roma güləşi üzrə vitse-prezident postu bu növ üzrə milli komandanın sabiq baş məşqçisi Elçin Cəfərova tapşırılıb. Sərbəst güləş üzrə vitse-prezident isə dağıstanlı Maqomet Umarov seçilib. Beynəlxalq münasibətlər üzrə vitse-prezident isə Aydın Abbasov olacaq.
Konfransda, həmçinin yunan-Roma güləşi üzrə milli komandanın baş məşqçisi Bəhram Mürvətovun təyinatı da təsdiqlənib.
Güləşin bölgələrdə zəif inkişaf etdirilməsinə münasibətini bildirən AGF prezidenti Fazil Məmmədov yeni təkliflə çıxış edib. O, MOK, AGİN və Təhsil Nazirliyinin birgə komissiya yaratmasının zəruriliyini vurğulayıb.

- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0