Azərbaycan İngiltərə və Slovakiyaya qarşı
20.11.2008 - 12:18
Almaniyanın Drezden şəhərində təşkil olunan XXXVIII Şahmat Olimpiadasında bu gün VII turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, turnirin favoritlərindən sayılan kişilərdən ibarət milli komandamız yenə iddialı rəqiblə qarşılaşacaq.
Ötən turda Ermənistana uduzmaqla 11-ci pilləyə düşən yığmamız (9 xal) Maykl Adamsın lideri olduğu İngiltərə ilə münasibətini aydınlaşdıracaq. Eyni xala malik rəqibləri, zirvədə qərarlaşan Rusiya və Ermənistandan 2 xal ayırır. Yeri gəlmişkən, hesabat turu məhz bu kollektivlərin duelinə səhnə olacaq.
Altı oyundan 8 xal toplayan və 27-ci sırada yer alan qadın yığmamızın rəqibi isə Slovakiya olacaq. Burada turnir cədvəlinə maksimum nəticə (12 xal) ilə Çin başçılıq edir.

- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0