Yenə Məmmədyarov, yenə Ermənistan
21.11.2008 - 11:02
Azərbaycan milli komandası Almaniyanın Drezden şəhərində keçirilən XXXVIII Şahmat Olimpiadasının VII turunda da qələbə qazana bilməyib. Apasport.az saytının məlumatına görə, ötən turda Ermənistana məğlub olmuş yığmamız bu dəfə bir xalla kifayətlənib. Komandamızda ən zəif nəticəni yenə Şəhriyar Məmmədyarov göstərib.
İngiltərəli həmkarlarını sınağa çəkən şahmatçılarımızdan Teymur Rəcəbov (2752) Maykl Adamsla (2734), Qədir Hüseynov (2650) isə Cons Qaueynla (2548) “sülh” bağlayıb. Vüqar Həşimovun (2703) Devid Hauelli (2593) üstələməsi ümumi qələbəmizə zəmin yaradıb. Lakin ermənilərə məğlubiyyətin səbəbkarı olan Məmmədyarov (2731) işləri korlayıb. O, reytinq cədvəlində özündən aşağı pillədə qərarlaşan Naycel Şorta (2642) uduzub. Heç-heçənin ardından milli komandamız 1 pillə qalxaraq, 18,5 xalla 10-cu sırada qərarlaşıb.
Qadınlardan ibarət yığmamız isə Slovakiyanı məğlub edib - 2,5:1,5. Şəxsi görüşlərdə Zeynəb Məmmədyarova (2351) və Nərgiz Umudova (2219) qələbə qazanıb. Nərmin Kazımova (2171) heç-heçə ilə kifayətlənib, Xəyalə İsgəndərova (2206) xalsız qalıb. Qələbə sayəsində yığmamız 14-cü yerə yüksəlib (16 xal).
Bu gün növbəti turun oyunları keçiriləcək. Kişilərdən ibarət komandamız Xorvatiya ilə qarşılaşacaq. Xanım şahmatçılarımız isə ermənistanlılara qarşı mübarizə aparacaqlar. Olimpiadaya noyabrın 25-də yekun vurulacaq.

- Gəncədə üzgüçülük üzrə “ASF Ganja Cup 2025” turniri keçiriləcək
- Badmintonçularımız beynəlxalq turnirdə 11 medal qazanıblar
- Azərbaycan və Albaniya arasında idman əlaqələrinin genişləndirilməsi müzakirə olunub
- Bilyard üzrə Azərbaycan çempionatı keçiriləcək
- Beynəlxalq triatlon yarışında ilk azərbaycanlı hakim - FOTO
0
0