AMAF prezidenti Romaya gedir
21.11.2008 - 17:20
Noyabrın 28-də İtaliyanın paytaxtı Romada Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXII Konqresi öz işinə başlayacaq. Apasport.az saytının məlumatına görə, iki gün davam edəcək toplantıda ölkəmizi Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) prezidenti Elçin Zeynalov təmsil edəcək.
İclasda İCF prezidenti Ulrix Feldhoff, baş katib Simon Tulson, qurumun vitse-prezidentləri, qitələr üzrə assosiasiyaların təmsilçiləri, İşçi Qrup, komissiya rəhbərləri və digər sahələr üzrə məsul şəxslərin hesabatları dinləniləcək.
2008-ci il Pekin Yay Olimpiya Oyunlarında kayak, kanoe və kayak-kanoe slalom növləri üzrə yarışların nəticələri təhlil olunacaq, 2009 – 2011-ci illərdə keçiriləcək dünya çempionatlarına hazırlıq haqda məruzələr ediləcək.
İCF, qurumun vitse-prezidentləri İcraiyyə Komitəsi üzvlərinin, müxtəlif komissiyaların rəhbərlərinin seçkisi keçiriləcək.
Nəhayət, 2008 – 2010-cu illəri əhatə edən İCF İnkişaf Proqramının obyektləri və planları müəyyənləşəcək, qurumun bu müddət üçün yeni büdcəsi təsdiqlənəcək, növbəti Konqresin yeri və vaxtı açıqlanacaq.

- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0