Nigar Əhmədova 1 xala da həsrət qaldı - FOTO - YENİLƏNİB
01.07.2009 - 19:36
Azərbaycanın qızlardan ibarət güləş üzrə milli komandasının üzvü Nigar Əhmədova Gürcüstanın paytaxtı Tiflisdə keçirilən Avropa çempionatında fəxri kürsüyə yüksəlməyə yaxın olub. Apasport.az saytının məlumatına görə, 51 kq çəki dərəcəsində qüvvəsini sınayan 17 yaşlı pəhləvanımız bürünc medal qazana bilərmiş.
Çempionatda Nigarın startı uğursuz alınıb. O, keçirdiyi ilk görüşdə rusiyalı Valeriya Çepsarakovaya uduzub - 0:4; 0:6. Lakin Valeriya finaladək irəlilədiyi üçün həmvətənimiz təsəlliverici mərhələyə qatılmaq hüququna yiyələnib. Bu mərhələdə onun rəqibi Dominika Osoçka (Polşa) olub. Nigarın belə qeyri-adi şansla üzləşməsi, yarış iştirakçılarının sayının azlığı ilə bağlı olub. Bu çəkidə cəmi 12 nəfər mübarizə aparıb. Lakin Əhmədova Osoçkaya da uduzaraq (0:4; 0:7), əlverişli imkanı əldən buraxıb.
Qeyd edək ki, dünən, çempionatın ilk günündə Fatma Əhmədova (48 kq) və Günay İsmayılova (55 kq) medalsız qalıblar. İyulun 5-dək davam edəcək qitə birinciliyində daha 8 sərbəst və 7 yunan-Roma güləşçimizin çıxışı olacaq.

- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0