24 yaşlı tennisçinin meyiti pilləkəndə tapıldı
07.07.2009 - 15:24
Fransalı tennisçi Matye Monkur 24 yaşında ölüb. Apasport.az saytının məlumatına görə, öz evində dünyasını dəyişən idmançının meyitini rəfiqəsi pilləkəndə tapıb. Fransa Tennis Federasiyasının nümayəndəsi də Monkurun ölümünü təsdiqləsə də, detallar haqda danışmayıb. Tennisçinin ölümünün səbəbləri haqda hələlik heç nə məlum deyil. İyulun 6-da açıqlanan reytinqdə 119-cu olan Monkurun ən yaxşı göstəricisi 104-cü pillədə yer alması olub.
Qeyd edək ki, fransalı indiyə kimi heç bir beynəlxalq turnirin qalibi olmayıb, “Böyük dəbilqə”də isə 1/32 finaldan irəli getməyib.
Qeyd edək ki, fransalı indiyə kimi heç bir beynəlxalq turnirin qalibi olmayıb, “Böyük dəbilqə”də isə 1/32 finaldan irəli getməyib.
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0