Azərbaycanlı atlet: qızıl medal + rekord - FOTO
11.07.2009 - 10:41
Azərbaycan yığması Serbiyanın paytaxtı Belqradda keçirilən 25-ci Yay Universiadasında daha bir medal qazanıb. Apasport.az saytının məlumatına görə, milli komandamızın heyətində bu dəfə atlet Ramil Quliyev fərqlənib.
200 metr məsafəyə qaçış yarışında qüvvəsini sınayan həmyerlimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 19 yaşlı atlet göstərilən məsafəni 20,04 saniyəyə qət edərək, qızıl medala layiq görülüb. Eyni zamanda, o, şəxsi rekordunu da təkrarlayıb. Bundan öncə Ramil 200 məsafəyə ən yaxşı halda 20,66 saniyəyə qaçmışdı.
Beləliklə, yığmamız aktivinə 2-ci qızıl medalı yazdırıb. İlk “qəniməti” cüdoçu Ramin Qurbanov əldə etmişdi. Hazırda Azərbaycan Honq-Konqla birgə 140 ölkə arasında 23-24-cü yerləri bölüşdürür. Milli komandamızın daha yuxarı pillələrə qalxmaq şansı var. Bu gün gimnastika növündə final mərhələsində mübarizə aparacaq Anna Qurbanova (halqa) və Aliyə Qarayeva (top) ölkəmizə medal qazandıra bilərlər.

- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
- Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
- Bakıda 18 yaşdan 80 yaşadək triatlonçular mübarizə aparacaq
- Yubiley Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb
- Azərbaycan kikboksçusu 2 il müddətinə diskvalifikasiya olunub
0
0