4 azərbaycanlıdan ikisi “yaralandı”
15.07.2009 - 10:20
Bolqarıstanın Plovdiv şəhərində təşkil olunan qılıncoynatma üzrə Avropa çempionatının startı Azərbaycan yığması üçün uğursuz olub. Apasport.az saytının məlumatına görə, yarışa qatılan 4 idmançımızdan 2-si artıq çıxışını başa vurub.
Sablya növündə qüvvəsini sınayan Ramin Əmirov və Azər Tağıyev uğursuzluqla üzləşiblər. Hər iki “muşketyor”umuz mübarizəni ilkin mərhələdə dayandırıb. 24 yaşlı Ramin 47-ci pillədə qalıb. 16 yaşlı Azər isə 59 iştirakçı arasında 55-ci yeri tutub. Qızıl medala rusiyalı Venyamin Reşetnikov layiq görülüb.
Qalan iki həmyerlimiz Sabina Mikina (sablya) və Vəkil Nəsibov (şpaqa) sabah bacarığını nümayiş etdirəcək. Qitə birinciliyi iyulun 19-da yekunlaşacaq.

- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
- Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
- Bakıda 18 yaşdan 80 yaşadək triatlonçular mübarizə aparacaq
- Yubiley Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb
- Azərbaycan kikboksçusu 2 il müddətinə diskvalifikasiya olunub
0
0