Məmmədov yarımfinala yüksəldi
17.07.2009 - 13:03
Polşanın Poznan şəhərindəki Malta gölündə keçirilən kayak və kanoe qayıqlarında avarçəkmə üzrə yeniyetmə və gənclər arasında Avropa birinciliyi davam edir. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanı təmsil edən kayakçı Ramil Məmmədov bu gün 500 metr məsafəyə yürüşün seçmə mərhələsində mübarizə aparıb.
Az öncə başa çatan yürüşün yekununda Məmmədov yarımfinala vəsiqə qazanıb. 20 yaşlı kayakçımız bu məsafəni 1 dəqiqə 56 saniyə 125 mikrosaniyəyə qət edərək, 7 iştirakçı arasında 6-cı yeri tutub. O, Danimarka, Serbiya, İrlandiya, Rusiya və Macarıstandan olan rəqiblərinə uduzsa da, Estoniya təmsilçisini qabaqlamağı bacarıb.
Reqlamentə əsasən, I yerin sahibi birbaşa finala, 2 – 6-cı pillələri tutanlar isə yarımfinala vəsiqə qazanır. Ona görə də Məmmədov növbəti mərhələyə çıxıb.
amaf.az

- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
- Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
- Bakıda 18 yaşdan 80 yaşadək triatlonçular mübarizə aparacaq
- Yubiley Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb
- Azərbaycan kikboksçusu 2 il müddətinə diskvalifikasiya olunub
0
0