Erməni idmançı qorxusundan Bakıya gələ bilmədi
20.07.2009 - 16:36
Əslən ermənistanlı güləşçi, hazırda Polşa milli komandasının üzvü sayılan Eduard Barseqyan qorxuya düşüb. Apasport.az saytının məlumatına görə, yunan-Roma üslubunda 60 kq çəki dərəcəsində güləşən idmançı ötən həftə Bakı İdman Sarayında keçirilmiş “Qızıl Qran-Pri”nin final mərhələsindən kənarda qalıb. Buna Barseqyanın paytaxtımıza gəlməyə qorxması səbəb olub.
“Bakıya yollanmaqdan son anda imtina etdim. Çünki Azərbaycan Güləş Federasiyası mənim təhlükəsizliyimə zəmanət vermədi. Polşa federasiyası qarşı tərəfdən zəmanət tələb etmişdi. Amma azərbaycanlılar buna cavab vermədilər” - deyə bədnam qonşumuzun nümayəndəsi vurğulayıb.
Buna görə də Polşa yığması “Qızıl Qran-Pri”də yunan-Roma növündə 60 kq-da təmsil olunmayıb.

- Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
- Bakıda 18 yaşdan 80 yaşadək triatlonçular mübarizə aparacaq
- Yubiley Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb
- Azərbaycan kikboksçusu 2 il müddətinə diskvalifikasiya olunub
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
0
0