Milli komandamız iyulun 25-də Türkiyə ilə qarşılaşır
21.07.2009 - 12:36
Kişilərdən ibarət otüstü hokkey üzrə Azərbaycan milli komandası Avropa çempionatı “Çelenc I” divizionunda iştirak etmək məqsədilə Xorvatiyanın paytaxtı Zaqrebə yollanıb. Azərbaycan Otüstü Hokkey Federasiyasının mətbuat katibi Yaqub Nuriyevin apasport.az saytına verdiyi məlumata görə, A qrupunda yer alan yığmamız Portuqaliya, Danimarka və Türkiyəni sınağa çəkəcək.
Saleh Hüseynov və Yusif Qasımovun rəhbərlik etdiyi kollektiv ilk görüşü iyulun 25-də Türkiyəyə qarşı keçirəcək. Ertəsi günü hokkeyçilərimiz Portuqaliya, iyulun 28-də isə Danimarka ilə üz-üzə gələcəklər.
Qrupda ilk iki yeri tutacaq komandalar yarımfinala yüksələcəklər. Reqlamentə əsasən, iyulun 31-dək davam edəcək turnirdə iki yığma Avropa çempionatının daha yüksək liqasına vəsiqə qazanacaq.

- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0