37 milli komanda arasında 2-ci olduq
24.08.2009 - 09:50
Azərbaycanın gənc boksçulardan ibarət yığması Polşanın Şetsin şəhərində keçirilən Avropa çempionatında uğurla çıxış edib. Apasport.az saytının məlumatına görə, yarışa 9 idmançı ilə qatılan yığmamız 1 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb.
Həmyerlilərimizdən ən yüksək nəticəyə Elvin Məmişzadə imza atıb. 48 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz finalda İqor Muqarini (Ukrayna) 6:1 hesabı ilə məğlub edərək, Avropa çempionu tituluna layiq görülüb. Elvin İsayev (54 kq) və Emil Əhmədov (69 kq) da qızıl medal əldə etməyə yaxın olublar. Lakin həlledici görüşdə onlar müvafiq olaraq, rusiyalı Radmir Abdurəhmanova (2:4) və irlandiyalı Ceyson Kuiqliyə (1:6) uduzublar.
Bürünc medallara isə Elnur Zeynalov (51 kq), Elvin Əliyev (57 kq), Heybətulla Hacıəliyev (60 kq) və Murad Ağamalıyev (75 kq) sahib çıxıb. Komanda hesabında Azərbaycan yığması yalnız Rusiyadan geri qalaraq, 37 kollektiv arasında 2-ci yeri tutub.

- Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
- Bakıda 18 yaşdan 80 yaşadək triatlonçular mübarizə aparacaq
- Yubiley Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb
- Azərbaycan kikboksçusu 2 il müddətinə diskvalifikasiya olunub
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
0
0