Get tullan, Bolt!
24.08.2009 - 10:47
“Özümü uzunluğa tullanmaqda da sınamaq istəyirəm. Artıq bu haqda məşqçimlə də danışmışam. Düşünürəm ki, bu məndə alınacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri dünya atletikasının əfsanəsinə çevrilən Useyn Bolt deyib.
Planetin ən sürətli adamı kimi tanınan yamaykalı idmançı 100 və 200 m məsafəyə qaçışdakı rekordları və titulları ilə kifayətlənmək istəmir. Bir neçə gün əvvəl 23 yaşını qeyd edən Bolt özünü yeni növlərdə sınamaq fikrindədir: “O ki qaldı 400 metr məsafəyə qaçmağa özüm bunu istəmirəm. Lakin məşqçim belə qərar versə, çalışacağam. Ətrafımdakıların hamısı mənim adımı bilir. Lap Bob Marli sağlığında olduğu kimi. Məndə 10 ildən bir tapılan istedad var. Mövsüm üçün rekord etdiyim kifayətdir. Artıq adi qələbələr qazanacağam”.

- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0