Qadın idmançı hələlik “kişi” çıxmayıb...
25.08.2009 - 10:00
Almaniyanın paytaxtı Berlində dünya çempionu titulunu qazanmış atlet Kaster Semenyadan cinsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı götürülən testin ilkin nəticələri açıqlanıb. Apasport.az saytının məlumatına görə, Cənubi Afrika Respublikasını təmsil edən 18 yaşlı qızda yüksək dərəcədə kişi hormonları aşkarlanıb. Kasterdə hormonların miqdarı normal qadınlarda olduğundan 3 dəfə çoxdur. Ondan götürülmüş testin tam nəticələri bir neçə həftədən sonra elan ediləcək.
Qeyd edək ki, Semenya 800 metr məsafəyə qaçışda qızıl medala layiq görülüb. Onun ən yaxın rəqibini 2,5 saniyə qabaqlaması, həmçinin dərisi, üz quruluşu və qısa saçları Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının rəsmilərini şübhələndirib. Lakin afrikalı atletin qohumları, yaxınları bu iddialara qarşı çıxıblar. Onlar Kasterin cinsiyyətinə aid şübhələrin əsassız olduğunu söyləyiblər və testin keçirilməsinə etirazlarını bildiriblər.

- Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
- Bakıda 18 yaşdan 80 yaşadək triatlonçular mübarizə aparacaq
- Yubiley Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb
- Azərbaycan kikboksçusu 2 il müddətinə diskvalifikasiya olunub
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
0
0