Dünya çempionunun hər 3 qatilinə ölüm hökmü!
25.08.2009 - 10:33
Məhkəmə ABŞ-ın peşəkar boksçusu, sabiq dünya çempionu Vernon Forrestin qatilləri ilə bağlı qərar verib. Apasport.az saytının məlumatına görə, Forresti qətlə yetirməkdə ittiham olunan hər 3 şəxs ən ağır cəzaya məruz qalıb. Belə ki, məhkəmə 30 yaşlı Çarmon Sinkfild, 23 yaşlı Cakaunte Kryuz və 20 yaşlı Demario Ueyr barədə ölüm hökmü çıxarıb.
Xatırladaq ki, hadisə bu il iyulun 26-da baş verib. Bir qrup şəxs Forresti qarət edib. Lakin bununla barışmayan boksçu öz avtomobilindən tapançanı götürərək, soyğunçuların izinə düşüb. Az sonra o, fikrindən daşınaraq, geri dönmək qərarına gəlib. Yolda Çarmon Sinkfildlə rastlaşıb. Ancaq Sinkfildin qarətçilərlə əlbir olduğunu anlamayan Forrest onu buraxıb və avtomobilinə doğru yollanıb. Elə bu vaxt Sinkfild sabiq dünya çempionunun kürək nahiyəsinə 8 güllə vuraraq, idmançını qətlə yetirib.

- Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
- Bakıda 18 yaşdan 80 yaşadək triatlonçular mübarizə aparacaq
- Yubiley Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb
- Azərbaycan kikboksçusu 2 il müddətinə diskvalifikasiya olunub
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
0
0