Cüdoçumuzu fəxri kürsüyə yaxın qoymadılar
26.08.2009 - 14:13
Azərbaycan cüdoçusu Sərxan Əhmədovun Hollandiyanın paytaxtı Rotterdamda təşkil olunan dünya çempionatında startı uğurlu alınıb. Apasport.az saytının məlumatına görə, 66 kq çəki dərəcəsində yarışan həmvətənimiz ilk mərhələdə Roberto İbaneslə (Ekvador) qüvvəsini sınayıb. Əvvəlcə rəqibini “yuka” fəndinə salan Əhmədov görüşün başa çatmasına 25 saniyə qalmış onu “ippona” salıb və vaxtından qabaq 1/16 finala adlayıb. Onun növbəti rəqibi kanadalı Mişel Popyel olub. Cüdoçumuz Popyelə də ippon fəndi sayəsində qalib gəlib.
1/8 finalda yığmamızın üzvünü çox təcrübəli idmançı, rusiyalı Alim Qadanov üz-üzə gəlib. Əvvəllər Azərbaycan cüdoçularını dəfələrlə məğlub etmiş Qadanov yenə tatamidən ayrılıb. Əhmədov yuka fəndi ilə önə çıxsa da, görüşün qurtarmasına 1 dəqiqə 13 saniyə qalmış ippona düşüb. Beləliklə, Sərxan 1/4 finaldan tez məğlubiyyətlə üzləşdiyi üçün təsəlliverici mərhələyə qatılmaq şansını da itirib.
Sabah milli komandamızın üzvlərindən Elçin Qasımov (73 kq) və Kifayət Qasımova (57 kq) yarışacaq.
Qeyd edək ki, bu, Əhmədovun böyüklər arasında çıxış etdiyi ilk dünya çempionatıdır. 18 yaşlı cüdoçumuz bundan öncə yeniyetmələr arasında Avropa çempionu, gənclər arasında isə dünya birinciliyinin bürünc mükafatçısı olub.

- Bakıda 18 yaşdan 80 yaşadək triatlonçular mübarizə aparacaq
- Yubiley Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb
- Azərbaycan kikboksçusu 2 il müddətinə diskvalifikasiya olunub
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
0
0