Cüdoçumuz üçün hər şey bitdi... - YENİLƏNİB
29.08.2009 - 12:48
Bu gün Azərbaycanın daha bir cüdoçusu Elxan Məmmədov (90 kq) Hollandiyanın Rotterdam şəhərində keçirilən dünya çempionatında mübarizəyə qoşulub. Apasport.az saytının məlumatına görə, kişilərdən ibarət yığmamızın heyətində yarışa qatılan ən titullu idmançımız ümidləri doğrultmayıb.
Hərçənd, çempionatın startı Elxan üçün uğurlu alınıb. Avropa çempionatının gümüş mükafatçısı ilk mərhələdə Tomislav Vuçakı (Xorvatiya) 5 saniyəyə ippon fəndinə salaraq, “təmiz qələbə” qazanıb. Lakin bu uğurun davamı gəlməyib. Məmmədov 1/16 finalda mərakeşli Məhəmməd Əl-Əssriyə uduzub. 1/4 finaldan tez məğlubiyyətlə üzləşən Elxan qaydalara görə, təsəlliverici mərhələyə qatılmaq hüququndan da məhrum olub və Hollandiyada əliboş qalıb.
Qeyd edək ki, dünya çempionatında indiyədək qüvvəsini sınayan 4 cüdoçumuzdan yalnız biri fəxri kürsüyə yüksələ bilib. Bu, bürünc medala layiq görülmüş Kifayət Qasımovadır (57 kq). Digər təmsilçilərimiz - Sərxan Əhmədov (66 kq), Elçin Qasımov (73 kq) və Ramin Qurbanov (81 kq) isə mükafatçılar arasına düşməyi bacarmayıblar.

- Bakıda 18 yaşdan 80 yaşadək triatlonçular mübarizə aparacaq
- Yubiley Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb
- Azərbaycan kikboksçusu 2 il müddətinə diskvalifikasiya olunub
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
0
0