“Kriştianu Ronaldo məni keçə bilməz”
31.08.2009 - 10:40
“Mən “Mançester Yunayted” klubuna ona görə azarkeşlik edirdim ki, Ruud van Nistelroy orada oynayırdı. Bu, futbola baxmağa başladığım ilk dövrlərə təsadüf edirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri atletika əfsanəsi Useyn Bolt deyib.
100 və 200 metr məsafəyə qaçmaqda dünya çempionu və rekordçusu İspaniya səfərində oyununu izlədiyi “Real” klubuna sevgisindən söz açıb: “İndi isə “Real”ın pərəstişkarıyam. Çünki Nistelroy bu komandadadır. Mən də onun arxasınca gedirəm. O harada oynadısa, o komandaya azarkeşlik edəcəyəm".
Bolt madridlilərin sürəti ilə öyünən yarımmüdafiəçisi Kriştianu Ronaldonu özü ilə müqayisə edib: “Hətta top ayağımda qaçsam belə Kriştianu Ronaldonu keçərəm. İnanmıram ki, o məni arxada qoya bilsin. Dünyanın ən sürətli adamı mənəm”.

- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0