Startda uğursuzluq - 2:17
01.09.2009 - 17:40
İtaliyanın Milan şəhərində keçirilən boks üzrə dünya çempionatının startı Azərbaycan yığması üçün uğursuz alınıb. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə rinqə çıxan yeganə təmsilçimiz Nihad Seyidov məğlubiyyət acısı dadıb. 51 kq çəki dərəcəsində mübarizə aparan Nihad təsnifat mərhələsində yerli Vinçenzo Pikardi ilə bacarmayıb - 2:17. Bununla da, Seyidov dünya çempionatı ilə erkən vidalaşıb.
Hazırda Milanda olan Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Abıyev apasport.az-a açıqlamasında Seyidovun döyüşündən danışıb: “Məğlubiyyətin səbəbi boksçumuzun təcrübəsizliyi ilə əlaqədardır. Nihad gənc idmançıdır, dünya çempionatı kimi mötəbər yarışda ilk dəfə qüvvəsini sınayır. İtaliya boksçusu isə olimpiadanın və dünya çempionatının bürünc mükafatçısıdır. Seyidov müqavimət göstərsə də, uduzdu”.
Qeyd edək ki, çempionata qatılan milli komandamızın heyətində 10 boksçu var. Sabah daha 3 idmançımız - Rəhim Nəcəfov (54 kq), Ruslan Qasımov (60 kq) və Fərid Ağayev (75 kq) döyüşəcək.

- Yubiley Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb
- Azərbaycan kikboksçusu 2 il müddətinə diskvalifikasiya olunub
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
0
0