Nizami Paşayevin yetirməsi ermənilərə yerini göstərdi
11.09.2009 - 12:55
Azərbaycanın gənclərdən ibarət ağırlıqqaldırma yığması İsrailin Eylat şəhərində keçirilən Avropa çempionatında ilk medalını qazanıb. Apasport.az saytının məlumatına görə, 77 kq çəki dərəcəsində yarışan Nailxan Nəbiyev fəxri kürsüyə yüksəlib. O, birdən 132 kq, təkanla isə 157 kq qaldıraraq, 289 kq-lıq nəticə ilə bürünc medala layiq görülüb. Nail, həmçinin öz çəki dərəcəsində erməniləri - Aren Nersesyan (6-cı yer) və Karen Atyanı (9-cu yer) geridə qoyub.
Daha bir medal ümidimiz Kosalı İsmayılovdur (85 kq). Həmvətənimiz bu gün axşam saatlarında podiuma çıxacaq. Qitə birinciliyinə sentyabrın 13-də yekun vurulacaq.
Qeyd edək ki, gənclərdən ibarət yığmanın baş məşqçisi ikiqat dünya çempionu Nizami Paşayev, onun köməkçisi isə Xanlar Nəbiyevdir.

- Azərbaycan kikboksçusu 2 il müddətinə diskvalifikasiya olunub
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
0
0