Türkiyədə beynəlxalq boks turnirində qalmaqal
07.04.2010 - 10:48
Türkiyədə 30 ölkədən 500 boksçunun qatıldığı beynəlxalq boks turnirində qalmaqal baş verib. Apasport.az saytının məlumatına görə, İngiltərə başda olmaqla, bir neçə ölkə təşkilatçıların onlara ayırdığı 3 ulduzlu oteldə qalmaq istəmədiklərini bildirib. Bundan sonra Türkiyə Boks Federasiyası yeni otel axtarışına başlayıb.
Vaxtında otel tapılmayacağı halda, bəzi ölkələr geri qayıdacaqlarını bildiriblər. Nəticədə Türkiyə Boks Federasiyasının prezidenti Eyüp Güzgeç məsələyə qarışıb. O ilk dəfə keçirilən belə yarışda təşkilatçılığın pis olmasından üzgün olduğunu dilə gətirib: “Tenderdə qalib gələn firmanın təşkil etdiyi otelin şəraitsiz olduğunu biz də gördük və dərhal bu firma ilə sözləşməni ləğv etdik. İştirakçıları tezliklə yaxşı otellərə yerləşdirməyə çalışırıq. Dünya və Avropa çempionları ilə ölkəmizə gələn qonaqlardan üzr istədik”.
Şikayətçi ölkələrdən əlavə, 15 ölkənin hələ Ankaraya gəlmədiyini nəzərə alsaq, onlar gəldikdən sonra növbəti qalmaqalın yaşanacağı gözlənilir.

- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
0
0