Azərbaycan milli komandasından yeni rekord!
09.04.2010 - 10:49
Azərbaycan taekvondoçuları İranda keçirilən “Fəcr” turnirində çıxışlarını başa vurublar. Apasport.az saytının məlumatına görə, yarışda iştirak edən kişi və qadın komandalarımız vətənə 7 medalla qayıdıblar.
Bu medallardan 3-ü kişilərin payına düşüb. 74 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələn Elvin Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız finalda uduzan Samir Aydınov (54 kq) gümüş medalla kifayətlənib. Komandamızın digər üzvü Ramin Əzizov (80 kq) isə 3-cü pilləni tutub.
Yığmamızın baş məşqçisi Ələkbər İmaməliyev idmançılarımızın İranda iştirakını uğurlu sayır. Onun sözlərinə görə, hər il mübarizə apardığımız “Fəcr” turnirində taekvondoçularımız ilk dəfə komanda hesabında II olublar. Birinci yeri İran, III yeri isə Əfqanıstan təmsilçiləri tutublar.
Qadın taekvondoçularımız İranda qızıl medal qazana bilməsələr də, medal sayına görə kişi idmançılarımızı qabaqlayıblar. Belə ki, Fəridə Əzizova (51 kq) ikinci, Xəyalə Quliyeva (46 kq), Nigar Hacıyeva (53 kq) və Ləman Ələkbərova (49 kq) üçüncü pillədə qərarlaşıblar. Komanda hesabında isə xanımlarımız İran və İordaniyadan sonra üçüncü olub.

- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
0
0