Təzə bəy məşqlərə qoşuldu
09.04.2010 - 14:16
Aprelin 22-də Avstriyanın paytaxtı Vyanada start götürəcək cüdo üzrə Avropa çempionatına hazırlaşan yığmamız təlim-məşq toplanışını davam etdirir. Bu barədə apasport.az saytına məlumat verən milli komandamızın baş məşqçisi Ağayar Axundzadə hazırlıqların aprelin 19-da yekunlaşacağını bildirib: “Aprelin 1-də Zağulbada qitə çempionata hazırlığın son mərhələsini keçiririk. Məşqlər uğurla gedir. Burada təlim-məşq toplanışını başa vurduqdan 1 gün sonra – aprelin 20-də səfərə yola düşəcəyik”.
Ağayar Axundzadənin sözlərinə görə, aprelin 3-də toyu olan olimpiya çempionumuz Elnur Məmmədli artıq məşqlərə qoşulub.
Qeyd edək ki, baş məşqçi Avstriya gedəcək yığmamızın heyətini aprelin 10-da açıqlayacaq.
Ağayar Axundzadənin sözlərinə görə, aprelin 3-də toyu olan olimpiya çempionumuz Elnur Məmmədli artıq məşqlərə qoşulub.
Qeyd edək ki, baş məşqçi Avstriya gedəcək yığmamızın heyətini aprelin 10-da açıqlayacaq.
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
0
0