Yığmamızın baş məşqçisi: Özünü göstər, əsas heyətdə yer al!
13.04.2010 - 11:14
İranda başa çatan “Fəcr” turnirində 7 medal qazanan taekvondoçularımız qısa istirahətdən sonra Qubaya təlim-məşq toplanışına yollanıblar. Aprelin 12-dən start götürən hazırlıq ayın 21-nə kimi davam edəcək. Bu barədə apasport.az saytına açıqlama verən yığmanın baş məşqçisi Ələkbər İmaməliyev bildirib ki, toplanışa 20-dək taekvondoçu cəlb edilib.
Təlim-məşq toplanışında əsas məqsəd mayın 10-12-də Sankt-Peterburq şəhərində təşkil ediləcək Avropa çempionatına hazırlaşmaqdır. “Qubada təlim-məşq toplanışı yekunlaşdıqdan sonra İspaniyada beynəlxalq turnirdə mübarizə aparacağıq. Bu yarışda kişi və qadın komandalarımız hər çəkidə 2 idmançı ilə iştirak edəcək. Aprelin 24-25-də keçiriləcək yarışda daha yaxşı nəticə göstərəcək idmançı Avropa çempionatında mübarizə aparacaq heyətə cəlb ediləcək”, – deyə İmaməliyev bildirib.

- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
0
0