Elnur Məmmədli öz ampluasında
13.04.2010 - 12:52
Pekin Yay Olimpiya Oyunlarının qalibi Elnur Məmmədli (73 kq) yenə məşqlərdən yayınıb. Apasport.az saytının məlumatına görə, 22 yaşlı idmançı Zağulbada hazırlıq keçən cüdo yığmasının düşərgəsində yer almayıb. Elnur yalnız hazırlığın ikinci günündə zalda görünüb. Yüngül məşqlə kifayətlənən olimpiya çempionu həmin vaxtdan sonra gözə görünmür.
Budəfəki hazırlıq 22-də Avstriyada startı veriləcək Avropa çempionatı üçün nəzərdə tutulub. Elnurun bu qitə birinciliyinə qatılmayacağı dəqiqdir.
Xatırladaq ki, Elnur Məmmədli aprelin 3-də ailə həyatı qurub.

- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
0
0