Yığmamızın baş məşqçisi: Biz ermənilərdən çəkinmirik!
16.04.2010 - 11:22
Aprelin 20-də Bakıda start götürəcək boks üzrə gənclər arasında dünya birinciliyinə qatılacaq Azərbaycan yığmasının heyətində problem yaranıb. Bu barədə apasport.az saytına milli komandanın baş məşqçisi Şamil Əlimcanov məlumat verib. Onun sözlərinə görə, 9 çəkidə ölkəmizin idman şərəfini qoruyacaq boksçular məlum olsa da, 54 kq və 60 kq çəki dərəcələrində mübarizə aparacaq idmançılarımızın adları dəqiqləşməyib.
O, Sinqapur-2010-a lisenziya verəcək yarışda adları məlum olan boksçuların hər birindən medal gözlədiyini bildirib: “Adları açıqlanan 9 nəfərin hamısı öz çəkilərində güclülərdən sayılırlar. Lakin yarışın Bakıda keçirilməsi və lisenziya xarakteri daşıması uşaqlarda məsuliyyəti birə-beş artırıb. İnanıram ki, yetirmələrim onlara bəslənilən ümidləri doğruldacaqlar”.
Tezliklə 54 kq və 60 kq çəki dərəcələrində rinqə çıxacaq boksçuların adlarının açıqlanacağını bildirən baş məşqçi Ermənistan millisindən çəkinmədiklərini bildirir: “Ermənilər ölkəmizə ən güclü boksçuları ilə gəlirlər. Məsələn, onların heyətində 51 kq çəki dərəcəsində Narek Abqaryan Avropa çempionudur. Digərləri də müxtəlif yarışların mükafatçılarıdır. Amma buna baxmayaraq, düşmən ölkənin idmançılarına qalib gəlmək gücündəyik. Düzdür, onlarla heç qarşılaşmaya da bilərik və ya ilk mərhələdə onlarla düşə də bilərik. Bu püşkün nəticəsindən asılı olacaq”.
Bu gün Türkiyə millisi ilə birgə məşq edəcəklərini bildirən Şamil Əlimcanov artıq bir neçə ölkənin təmsilçilərinin Azərbaycana gəldiyini dedi: “Yarışın startına bir neçə gün qalsa da, bəzi ölkələrin Azərbaycandadır. Hələlik Avropanın bəzi ölkələrinin və Kuba boksçuları Bakıda, Asiya və Afrika boksçuları Lənkəranda yerləşdiriliblər. Onların məşq etməsi üçün hər bir şərait yaradılıb”.
Xatırladaq ki, 14 gün davam edəcək yarışda 109 ölkənin 552 boksçusunun iştirakı gözlənilir.

- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
0
0