Taekvondo yığmamız Qubada Avropa çempionatına hazırlaşır
17.04.2010 - 12:27
Qubada təlim-məşq toplanışında olan taekvondo üzrə qadın və kişilərdən ibarət Azərbaycan yığmaları hazırlıqlarını davam etdirirlər. Milli komandanın baş məşqçisi Ələkbər İmaməliyevin apasport.az saytına verdiyi məlumata görə, məşqdə yalnız yığmamızın koreyalı legionerləri iştirak etmir. Onların komandaya sabah qoşulacağı gözlənilir.
Baş məşqçi bildirib ki, ölkəmizi mayda Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunacaq Avropa çempionatında təmsil edəcək idmançıların adları tam dəqiqləşməyib: “Bəzi çəkilərdə dəyişiklik ola bilər. 74 kq çəki dərəcəsində qüvvəsini sınayacaq taekvondoçumuzun adı isə döyüşlərdən sonra bilinəcək”.
Qeyd edək ki, bu çəkidə qitə çempionu İlkin Şahbazov və Elvin Məmmədov arasında ciddi mübarizə gedir.

- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
0
0