Azərbaycan güləşçiləri Avropa çempionatında 7 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar
18.04.2010 - 21:58
Bakıda keçirilən sərbəst, yunan-Roma və qadın güləşi üzrə Avropa çempionatı başa çatıb. Apasport.az saytının xəbərinə görə, yarışların sonuncu günü yunan-Roma güləşçiləri üç çəki dərəcəsində mübarizə aparıblar.
Çempionatda ölkəmizi Şalva Qabadze (84 kq), Səbuhi Hümbətov (96 kq) və Müslüm Müslümov (120 kq) təmsil ediblər.
İlk görüşdə hər üç güləşçimiz - Şalva Qadabadze türkiyəli Nəzmi Avulcaya, Səbuhi Hümbətov rusiyalı Aslanbek Kuştova, Müslüm Müslümov isə serbiyalı Rodamir Petkoviçə məğlub olub.
Onların rəqibləri final mərhələsinə yüksəlsələr də, idmançılarımız təsəlliverici görüşlərdə də uduzublar.
Bununla belə, Azərbaycan güləşçiləri Avropa çempionatını 10 medalla başa vurublar. Pəhləvanlarımız yarışda 7 qızıl, 2 gümüş və 1 bürünc qazanıblar.

- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
0
0