Keçmiş dünya çempionu həyat yoldaşını öldürdü
19.04.2010 - 11:53
Boks üzrə yüngül çəki dərəcəsində sabiq dünya çempionu, venesuelalı Edvin Valero həyat yoldaşının ölümündə şübhəli bilindiyi üçün həbs olunub. Lent.az-ın “NBC Sports”a istinadən verdiyi məlumata görə, 20 yaşlı Cennifer Vyeranın cəsədi ölkənin şimalındakı Valensiya şəhərindəki otel otağından tapılıb.
Venesuelanın federal polis rəisi Uilmer Flores bildirib ki, Valero hadisədən az öncə oteli tərk edib. İdmançı getməmişdən öncə mehmanxana mühafizəçilərinə həyat yoldaşını öldürdüyünü etiraf edib. Vyeranın bədənində 3 bıçaq yarasının izi olub. Sabiq dünya çempionu araşdırmalar yekunlaşanadək yerli polis bölməsində saxlanılacaq.
Qeyd edək ki, Edvin Valero peşəkar karyerasına 2003-cü ildə ABŞ-da başlayıb. O, 2006-cı ilin aprelində Ümumdünya Boks Assosiasiyasının versiyası üzrə 59 kq çəki dərəcəsində dünya çempionu titulunu qazanıb. Bundan 3 il sonra Valero 61,2 kq çəkidə eyni uğuru əldə edib. 2010-cu ilin fevralında venesuelalı boksçu titulunu müdafiə edib. O, yayda 63,5 kq çəkidə döyüşmək istəyirdi. Son bir neçə ildə Valero ev zorakılığı ittihamı ilə dəfələrlə saxlanılıb. Axırıncı dəfə o, 2009-cu ilin sentyabrında anası və bacısını ailə mübahisəsi zəminində döydüyü üçün tutulub.

- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
0
0