Azərbaycan yığması hələlik ikinci yerdə
19.04.2010 - 14:32
Sabah Rusiyanın Kazan şəhərində otüstü hokkey üzrə qadınlar arasında keçirilən dünya çempionatının seçmə mərhələsində üçüncü turun oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, bu qarşılaşmada Azərbaycan yığmasının rəqibi Uels olacaq.
İlk oyunda Belarusla üz-üzə gələn yığmamız 3:1 hesablı qələbə qazanıb. Ev sahibləri ilə keçirilən qarşılaşmada isə 2:0 hesabı ilə irəlidə olan Joa Honqun yetirmələri gözlənilmədən xal itiriblər. İkinci hissədə rusların 2 dəfə fərqlənməsi nəticəsində oyun 2:2 hesabı ilə başa çatıb.
İki turdan sonra turnir cədvəlinə 6 xalla Yaponiya millisi başçılıq edir. Azərbaycan millisi 4 xalla 2-ci yerdədir. Rusiyalı hokkeyçilər də komandamızla eyni xal toplasalar da, topların fərqinə görə təmsilçilərimizdən geri qalırlar. Bu gün yarışda istirahət günüdür.
Xatırladaq ki, Azərbaycan, İtaliya, Yaponiya, Belarus, Uels və Rusiyanın mübarizə apardığı seçmə mərhələdə yalnız birinci yerin sahibi finala vəsiqə qazanacaq.

- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
0
0