Nizami Paşayev: Bu komanda böyük nailiyyətlərə imza atacaq
20.04.2010 - 10:37
İspaniyanın Valensiya şəhərində keçiriləcək ağır atletika üzrə Avropa birinciliyinə hazırlaşan Azərbaycan yığmasının heyəti aprelin 25-də açıqlanacaq. Bu barədə apasport.az saytına məlumat verən milli komandanın baş məşqçisi Nizamı Paşayev təlim-məşq toplanışının yüksək səviyyədə keçdiyini bildirib. Onun sözlərinə görə, hazırlıqlarda 12 atlet iştirak etsə də, sonda onlardan 8 ən güclüsü səfərə aparılacaq.
“Gəncə Olimpiya Kompleksində məşqlər uğurla keçir. Hazırda viza işlərini həll etmək üçün Bakıya gəlmişəm. Buna baxmayaraq, uşaqlar hazırlıqları davam etdirirlər. Ölkənin ən güclülərinin yer aldığı milliyə böyük ümidlər bəslənilir. İnanıram ki, bu komanda böyük nailiyyətlərə imza atacaq” – deyə Paşayev bildirib.
Qeyd edək ki, ağır atletika üzrə yeniyetmələr arasında Avropa birinciliyi mayın 16-22-si tarixində keçiriləcək.

- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
0
0