Milli komandamızın baş məşqçisi maksimum nəticə istəyir
23.04.2010 - 11:09
Boks üzrə gənclərdən ibarət Azərbaycan yığması sabah keçirəcəyi məşqlə dünya birinciliyinə hazırlığı başa vuracaq. Bu barədə apasport.az saytına milli komandanın baş məşqçisi Şamil Əlimcanov məlumat verib. Onun sözlərinə görə, hazırlıq plana uyğun şəkildə aparılıb və komanda birinciliyə artıq hazırdır.
“Dünya birinciliyində mübarizə aparacaq 11 idmançımız yarışa tam hazırdır. Komandada heç bir problem yoxdur. Yığmanın hər bir üzvünə böyük ümid bəsləyirik. Təlim-məşq toplanışında bir neçə ölkənin komandası ilə birgə məşqlərimiz bizə böyük fayda verdi. İnanıram ki, yarışda maksimum nəticə - Sinqapur Olimpiadasına 3 lisenziya qazanacağıq. Amma bunun üçün arxayınlaşmalı deyilik. Bütün rəqiblərimizi qiymətləndirməliyik. Çünki buraya gələn ölkələr də gənclər arasında keçiriləcək ilk Olimpiya Oyunlarına daha çox sayda lisenziya qazanmaq üçün gəliblər” – deyə baş məşqçi bildirib.
Xatırladaq ki, aprelin 25-dən mayın 3-dək Bakıda keçiriləcək boks üzrə gənclər arasında dünya birinciliyi Sinqapur-2010-a lisenziya xarakteri daşıyır.

- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
0
0