Cüdo üzrə növbəti Avropa çempionatı Bakıda keçiriləcək
27.04.2010 - 13:32
2011-ci ildə cüdo üzrə 23 yaşadək oğlan və qızlar arasında Avropa çempionatı Bakıda keçiriləcək. Bu haqda Lent.az-a Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Matvey Yegizarov məlumat verib.
Onun sözlərinə görə, belə bir qərar Avstriyanın paytaxtı Vyanada təşkil edilən Avropa Cüdo İttifaqının iclasında qəbul olunub. Toplantıda qitə birinciliyinə namizədliyini irəli sürən şəhərlərin təqdimatı keçirilib. Təqdimatdan sonra Bakı nüfuzlu yarışın təşkilatçısı kimi təsdiqlənib. Avropa çempionatının gələn ilin noyabrında Heydər Əliyev adına İdman-Konsert Kompleksində təşkili nəzərdə tutulub.
Yegizarov 2013-cü ildə böyüklər arasında Avropa çempionatına da Bakının namizədliyini irəli sürdüklərini vurğulayıb. Təşkilatçı şəhərin adı gələn il məlum olacaq.

- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
0
0