Dünya kubokunda 1 gümüş və 1 bürünc medal
28.04.2010 - 13:31
Paralimpiyaçı güllə atıcıları arasında Türkiyədə keçirilən Dünya kuboku başa çatıb. Apasport.az saytının məlumatına görə, 5 idmançı ilə qatıldığımız yarışda qazancımız 2 medal olub.
Snayperlərimizdən ən yaxşı nəticəni qadınlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş açan Yelena Taranova əldə edib. O, dünya kubokunu ikinci yerdə başa vurub. Kişi atıcıların mübarizəsində isə Əkbər Muradov bürünc medalla kifayətlənib.
Qeyd edək ki, məşqçilər korpusunun fikrinə görə, yığmaya yeni cəlb edilən 18 yaşlı Kamran Zeynalov da ümidləri doğruldub. Gənc atıcı yarışı Əkbər Muradovdan sonra - dördüncü yerdə bitirib.

- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
0
0