Azərbaycan yığmasının üzvü rəsmən “Fənərbaxça”da
30.04.2010 - 10:57
“Fənərbaxça” idman klubu gənclər arasında 200 metr məsafəyə qaçışda Usain Boltdan sonra dünyada ən yaxşı göstəriciyə malik olan yüngül atlet (sprinter) Ramil Quliyevlə anlaşıb. Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, kluba transfer olunan 20 yaşlı atlet bir ay sonra Portuqaliyada Avropa Çempionatı Klublar Kuboku yarışında 100 və 200 metr məsafəyə qaçışda “Fənərbaxça”nın formasını geyinəcək.
“Fənərbaxça” klubunun atletika şöbəsinin xarici əlaqələr üzrə nümayəndəsi Əlibəy Şükrüoğlu deyib ki, Ramil Quliyevin transferini çətin şərtlərdə həyata keçiriblər: “Bu transfer Türkiyə atletizmi və “Fənərbaxça” üçün tarixi bir olaydır”.
Türkiyə mətbuatı da Ramil Quliyevin kluba keçidini “müdhiş transfer” kimi dəyərləndirib.

- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
0
0