Dünya çempionatına getməyən “Dünya yığması”
14.05.2010 - 14:39
CAR-da keçiriləcək dünya çempionatının final mərhələsində iştirak etməyəcək məşhur futbolçuların rəmzi yığması müəyyənləşib. Apasport.az saytının məlumatına görə, mundial üçün ilkin heyətləri açıqlayan milli komandaların baş məşqçiləri nüfuzuna baxmadan bir sıra ulduzları Afrikaya aparmamağa qərar verib. İspaniyanın “Marca” qəzeti həmin futbolçulardan güclü bir komanda qurmaq qərarına gəlib.
Bu komandanın qapısını braziliyalı Dieqo Alvesə həvalə edən jurnalistlər müdafiə xəttində onun həmyerlisi Marselo, argentinalılar Xavyer Zanetti, Qabriel Milito, həmçinin ingilis Ueyn Bric yer verib. Orta sahədə də cənubi amerikalılar say üstünlüyü qazanıblar. Belə ki, fransalı Patrik Vieyra ilə birlikdə, argentinalı Esteban Kambiasso və “sambaçı”lar Ronaldinyo ilə Dieqo yığmanı bəzəyə bilər. Hücumda isə fransız Kərim Benzema ilə daha bir braziliyalı Aleşandre Pato rəmzi yığmanın “yaraşığı” olacaq.
Lakin belə seçimdə onlarla ulduzu kənarda qalır. Hərçənd, mundial arzusu gözündə qalanların siyahısı daha genişdir. Onların ən məşhurları isə bunlardır:
Qapıçılar: Alves ("Almeriya"), Palop ("Sevilya"), Munua ("Malaqa"), Renan ("Xeres"), Robinson ("Blekbern");
Müdafiəçilər: Marselo ("Real"), Zanetti ("İnter"), Bric ("Mançester Siti"), Qabriel Milito ("Barselona"), Emanuelson ("Ayaks"), Tremulina ("Bordo"), Filipe Luis ("Deportivo");
Yarımmüdafiəçilər: Kambiasso ("İnter"), Qaqo ("Real"), Vieyra ("Mançester Siti"), Dieqo ("Yuventus"), Ronaldinyo ("Milan"), Reyes ("Atletiko"), Quti ("Real"), Kassano ("Sampdoriya"), Totti ("Roma"), Nəsri ("Arsenal"), Harqrivz ("Mançester Yunayted"), Baneqa ("Valensiya"), Sebolla Rodriges ("Portu"), Moutinyo ("Sportinq"), Kuaresma ("İnter");
Hücumçular: Benzema ("Real"), Pato ("Milan"), Ruud van Nistelroy ("Hamburq"), Zamora ("Fulhem"), Toni ("Roma"), Amauri ("Yuventus"), Mikkoli ("Palermo"), Adriano ("Flamenqo"), Neymar ("Santos"), Ronaldo (“Korintians”).

- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
0
0